...

“AtaBank” kartları internet ödəmələrini daha cəlbedici edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Noyabr 2015 10:04 (UTC +04:00)
Müştərilərin ödəniş kartları ilə internetdə apardıqları əməliyyatların təhlükəsizliyini təmin etmək məqsədilə “AtaBank” “3D Secure” texnologiyasının aktiv tətbiqini davam etdirir.
“AtaBank” kartları internet ödəmələrini daha cəlbedici edir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 11 noyabr /Trend/

Müştərilərin ödəniş kartları ilə internetdə apardıqları əməliyyatların təhlükəsizliyini təmin etmək məqsədilə "AtaBank" "3D Secure" texnologiyasının aktiv tətbiqini davam etdirir.

Bankdan Trend-ə verilən məlumata görə, bu günə qədər "SMS Xəbərdarlıq" xidmətinə qoşulmuş, lakin "3D Secure" ("Verified by Visa"/"MasterCard Secure Code") xidmətindən istifadə etməyən "AtaBank" ASC-nin kart istifadəçiləri "AtaBank" tərəfindən "3D Secure" xidmətinin "dinamik" versiyasına qoşulmuşdur.

"3D Secure" ("Verified by Visa" / "MasterCard Secure Code") texnologiyası kartın digər şəxslər tərəfindən internetdə istifadəsini mümkünsüz edir. Əməliyyatların təhlükəsizliyi dinamik şifrənin daxil edilməsi məcburiyyəti ilə təmin edilir.

İnternetdə əməliyyatın aparılması zamanı kart istifadəçisinin mobil telefonuna SMS şəklində birdəfəlik şifrə daxil olur. Həmin şifrə internet saytında qeyd ediləndən sonra əməliyyat uğurla həyata keçir.

Beləliklə, Siz "SMS Xəbərdarlıq" xidmətindən istifadə etməklə avtomatik olaraq bu sistemə qoşulursunuz. Bununla əlaqədar olaraq, bankın sistemində Sizin tərəfinizdən mobil telefonunuzun düzgün göstərilməsi vacibdir.

Bu üsul təhlükəsizliyi təmin etməklə yanaşı, internet ödəmələrini daha cəlbedici edir. Xidmət həm Visa, həm də MasterCard kartlarına şamil olunur.

Xidmət pulsuzdur.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank olmaqdadır. Bakıda və ölkənin müxtəlif regionlarında Bankın 26 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti