...

"AtaBank" biznesin güzəştli kreditləşməsini artırdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Noyabr 2015 13:18 (UTC +04:00)
“AtaBank” ASC noyabrın 19-da İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Goranboy rayonunun Goran qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forumunda iştirak edib.
"AtaBank" biznesin güzəştli kreditləşməsini artırdı

Bakı. Trend:

"AtaBank" ASC noyabrın 19-da İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Goranboy rayonunun Goran qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forumunda iştirak edib.

Bankdan Trend-ə verilən məlumata görə, tədbirdə Goranboy və ətraf rayonlarda fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak edib.

2015-ci il ərzində "AtaBank" ASC vasitəsilə sahibkarlıq subyektlərinə 26 milyon manat güzəştli kredit verilib.

Qeyd edək ki, "AtaBank" ASC 2003-cü ildən Sahibkarlığa Kömək Milli Fondunun üzvüdür və bu günə kimi bank tərəfindən 115 milyon manat güzəştli kredit verilib.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank olmaqdadır. Bakıda və ölkənin müxtəlif regionlarında Bankın 26 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

"AtaBank" ASC xidmət və məhsulları haqqında daha ətraflı məlumat almaq üçün bankın rəsmi səhifəsi www.atabank.com və www.facebook.com/atabank ünvanlarına müraciət edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti