...

Azərbaycanda ilk sənaye məhəlləsi gələn il işə başlayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Dekabr 2015 17:58 (UTC +04:00)
Neftçala Sənaye Məhəlləsi 2016-cı ilin əvvəlində fəaliyyətə başlayacaq.
Azərbaycanda ilk sənaye məhəlləsi gələn il işə başlayacaq

Bakı. Ənvər Məmmədov - Trend:

Neftçala Sənaye Məhəlləsi 2016-cı ilin əvvəlində fəaliyyətə başlayacaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Rövşən Nəcəf 2015-2020-ci illərdə sənayenin inkişafı üzrə dövlət proqramının həyata keçirilməsinə həsr edilmiş konfrans çərçivəsində deyib.

Onun sözlərinə görə, hazırda məhəllənin daxili və xarici infrastrukturunun yaradılması üzrə işlər aparılır və müxtəlif obyektlərin tikintisi həyata keçirilir.

Konfrans zamanı iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov bildirib ki, ikinci sənaye məhəlləsinin Ağdam rayonunda yaradılması planlaşdırılır: "Hazırda hökumət bu məsələni, eləcə də ölkənin cənubundakı rayonların birində sənaye məhəlləsinin yaradılması imkanını öyrənir. Analoji sənaye məhəllələri digər rayonlarda da yaradılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti