...

Azərbaycan bankının rəhbərliyində dəyişikliklər olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Yanvar 2016 13:59 (UTC +04:00)
"Caspian Development Bank" (CDB) ASC-nin rəhbərliyində baş vermiş dəyişikliklər nəticəsində Nadir Yıldırım bankın İdarə heyətinin sədri vəzifəsini tutub.
Azərbaycan bankının rəhbərliyində dəyişikliklər olub

Bakı. Ənvər Məmmədov - Trend:

"Caspian Development Bank" (CDB) ASC-nin rəhbərliyində baş vermiş dəyişikliklər nəticəsində Nadir Yıldırım bankın İdarə heyətinin sədri vəzifəsini tutub. Bunu Trend-ə bankdan deyiblər.

Bankdan qeyd ediblər ki, N.Yıldırım daha əvvəl Antalyada Türkiyənin "Finans Katılım" bankının filial rəhbəri olub. Bunadək isə Türkiyənin "Şekerbank"ında uzun müddət çalışıb.

B.Yıldırım bu vəzifədə İbrahim Alışovu əvəz edib. İ.Alışov isə bankın Müşahidə Şurasının sədri vəzifəsinə təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti