Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 18:33-də yayılıb)
Bakı. Trend:
Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ukrayna Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə yükdaşımalar üçün rəqabətqabiliyyətli güzəştli tariflərin müəyyənləşdirilməsi haqqında protokol imzalayıb.
Trend-in məlumatına görə, protokolu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, "Qazaxıstan Dəmir Yolları"nın sədri Askar Mamin, "Gürcüstan Dəmir Yolları"nın sədri Mamuka Baxtadze və "Ukrayna Dəmir Yolu" SC-nin İdarə Heyətinin sədri səlahiyyətlərini icra edən Aleksandr Zavqorodni imzalayıblar.
Bu gün Bakıda imzalanan sənəd Transxəzər marşrutu üzrə yükdaşımalar üçün rəqabətqabiliyyətli güzəştli tariflərin müəyyənləşdirilməsini, marşrut üzrə qatarların hərəkətinin sadələşdirilməsi ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsini, yük dövriyyəsinin artırılmasını nəzərdə tutur.