Bakı. Azad Həsənli - Trend:
Xarici investorlar Azərbaycanda xaricə pul köçürmələri üzrə 20 faiz həcmində icbari yığımın tətbiqindən zərər görməyəcək. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadənin "Financial Times"da dərc edilən məktubunda deyilir.
Diplomat yazır ki, investor qeyri-rezidentlər banklar vasitəsilə xarici valyuta ilə tranzaksiyaları, istənilən ticarət və ya digər tranzaksiyaları, idxal və ixrac əməliyyatlarını sərbəst həyata keçirməyə davam edəcəklər.