...

“AtaBank” ASC-dən mobil danışıq dəqiqələri hədiyyə

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Fevral 2016 11:06 (UTC +04:00)
“AtaBank”da həyata keçirilən “Pul köçürənə/alana mobil danışıq dəqiqələri hədiyyə” aksiyası davam edir.
“AtaBank” ASC-dən mobil danışıq dəqiqələri hədiyyə

Bakı. Trend:

"AtaBank"da həyata keçirilən "Pul köçürənə/alana mobil danışıq dəqiqələri hədiyyə" aksiyası davam edir. Bankdan Trend-ə verilən məlumata görə, aksiyanın şərtlərinə əsasən "AtaBank"ın filiallarında pul köçürənə və ya alana 1 manatdan 5 manatədək mobil danışıq dəqiqələri hədiyyə olunur.

Hazırda bankımız öz müştərilərinə 6 növ sürətli pul köçürmə sistemi üzrə xidmət göstərir. Bunlar Western Union, Privat Money, Blizko, Monex, Contact və Lider sürətli pul köçürmə sistemləridir.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank olmaqdadır. Bakıda və ölkənin müxtəlif regionlarında Bankın 26 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Daha ətraflı məlumat üçün www.atabank.com saytına və ya www.facebook.com/atabank səhifəsinə daxil olmaq olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti