Bakı. Azad Həsənli - Trend:
Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) missiyası tərəfdaş bankların problemlərini müzakirə etmək üçün yaxın vaxtlarda Azərbaycana səfər edəcək. Trend-in məlumatına görə, bunu jurnalistlərə IFC-nin Bakı ofisinin rəhbəri Aliyə Əzimova deyib.
Onun sözlərinə görə, indiki reallıqlarda banklara texniki yardım lazımdır.
A.Əzimova qeyd edib ki, IFC-nin missiyası yaxın vaxtlarda Bakıya gələcək: "Missiya tərəfdaş banklarla görüşəcək ki, onların problemlərini və mümkün konsultativ köməyi müzakirə etsin".
Korporasiya rəsmisi diqqətə çatdırıb ki, IFC Azərbaycanın bank sektoru üçün ümumilikdə bir neçə növ texniki yardım göstərir: bankların gücləndirilməsi, o cümlədən korporativ idarəetmə sahəsində; problemli aktivlərin idarə ediməsi; daxili nəzarətin təkmilləşdirilməsi; yeni məhsulların təqdim edilməsi və s. üzrə.