...

İrandan Azərbaycanda dərman istehsalı müəssisəsinin yaradılması ilə bağlı təklif

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Fevral 2016 19:58 (UTC +04:00)
Dərman istehsalının təşkili sahəsində əməkdaşlıq müzakirə edilib.
İrandan Azərbaycanda dərman istehsalı müəssisəsinin yaradılması ilə bağlı təklif

Bakı. Trend:

Fevralın 4-də iqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Sosial Müdafiə Təşkilatı sədrinin vəzifələrini icra edən Rza Raeinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, R.Raei təmsil etdiyi qurum və quruma daxil olan əczaçılıq məhsulları istehsalçısı "Darou pakhsh" şirkəti barədə məlumat verib.

Görüşdə Azərbaycanda dərman istehsalının təşkili sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb.

İran tərəfi ölkəmizdə dərman istehsalı müəssisəsinin yaradılmasına dair təkliflərini Azərbaycan tərəfinə təqdim edib.

Təkliflər öyrəniləcək və həyata keçirilməsi imkanları araşdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti