...

AYİB ilə “Gəncə-Qazax-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunun 4 zolağa genişləndirilməsi” layihəsi müzakirə edilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Fevral 2016 12:40 (UTC +04:00)
Avropa Yenidənqurma və İnkişaf bankının nümayəndələri “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Saleh Məmmədovla görüşüblər.
AYİB ilə “Gəncə-Qazax-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunun 4 zolağa genişləndirilməsi” layihəsi müzakirə edilib (FOTO)

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf bankının nümayəndələri "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Saleh Məmmədovla görüşüblər.

Bu barədə Trend-ə "Azəryolservis" ASC-dən məlumat verilib.

Görüşdə "Gəncə-Qazax-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunun 4 zolağa genişləndirilməsi" layihəsi üzrə müzakirələr aparılıb.

Hazırki danışıqlarda layihə üzrə kredit sazişinin ilkin şərtləri, layihənin ətraf mühitə təsirinin qiymətləndirilməsi, sosial məsələlər və köçürmə üzrə tədbirlər planı ətrafında müzakirə aparılır. Danışıqlar müsbət nəticələnərsə layihə üzrə kredit sazişinin imzalanması baş tutacaq.

Qeyd edək ki, "Gəncə-Qazax-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yoluna 2 zolaq əlavə edilməklə I-b texniki dərəcəyə təkmilləşdirilməsi" layihəsi çərçivəsində 16 ədəd körpünün, 20 ədəd yol qovşağının və 10 ədəd yol ötürücüsünün tikintisi planlaşdırılır.

Eni 27,5 metr olacaq yolun örtüyünün polimer asfalt-betondur olması nəzərdə tutulub. Hər bir zolağın eni 3,75 metr olmaqla ümumilikdə sayı 4, yol geyiminin qalınlığı isə təqribən 65 sm olacaq. Yol boyu hər iki istiqamət üzrə 3,75 metr enində çiyinlər və 5 metr enində ayrıcı zolağın olması planlaşdırılır.

Layihə üzrə yol boyu 80 ədəd avtobus dayanacağı, nəqliyyat vasitələri üçün 23, piyadalar üçün isə 32 yeraltı keçidin tikintisi nəzərdə tutulur. Bundan başqa layihə üzrə tikintinin aparıldığı ərazidə140 ədəd kommunikasiya və 552 ədəd müxtəlif diametrli borularının quraşdırılması aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti