Bakı. Azad Həsənli - Trend:
Azərbaycan 2016-cı ildə kiçik nağdsız hesablaşmalar zamanı birbaşa debetləşdirməyə keçəcək.
Trend-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının Ödənişlər sistemi və hesablaşmalar departamentinin direktor müavini Vahid Qurbanlı "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" mövzusunda V Vergi Forumunda deyib.
Onun sözlərinə görə, cari il ərzində də Milli Ödəniş Sisteminin əsas komponentləri üzrə təkmilləşdirmə işləri davam etdirilərək Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemdə (XÖHKS) beynəlxalq təcrübədə geniş tətbiq olunan "birbaşa debetləşmə" ödəniş alətinin istifadəsi təmin olunacaq, banklar üçün nəzərdə tutulan avtomatlaşdırılmış iş yerləri daha müasir platformaya keçiriləcək: "Eyni zamanda bu sistemdə də informasiya təhlükəsizliyinin təmin olunması məqsədilə BSXM-nin elektron sertifikatlarından istifadə olunmağa başlanılacaq. Qeyd olunan layihələrlə yanaşı ölkədə nağdsız ödənişlərin genişlənməsi və elektron ödəniş alətləri ilə aparılan əməliyyatların effektivliyinin yüksəldilməsi üçün əlverişli şəraitin yaradılması məqsədilə kart infrastrukturunun təkmilləşdirilməsi istiqamətində mühüm işlər görülür. Ölkədə emissiya edilmiş ödəniş kartları ilə aparılan əməliyyatların effektivliyinin artırılması və təhlükəsizlik səviyyəsinin yüksəldilməsi məqsədilə Mərkəzi Bankda "Kart Ödənişləri üzrə Milli Şəbəkə"nin yaradılması layihəsi həyata keçirilir. Cari ilin birinci rübü ərzində icrası başa çatdırılacaq bu layihə ölkədə prosessinq fəaliyyəti göstərən bütün kart prosessinq mərkəzlərinin infrastrukturları arasında interfeysin yaradılmasını və ölkədə emissiya olunan ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə məlumatların emalı prosesinin ölkə daxilində həyata keçirilməsini təmin edəcək".
V.Qurbanlı bildirib ki, Mərkəzi Bankın qanunla müəyyənləşdirilmiş əsas səlahiyyətlərindən biri də ölkədə ödəniş sistemlərinin, o cümlədən hesablaşma və klirinq sistemlərinin yaradılması və onların fəaliyyətinin təşkil edilməsi, habelə sabitliyinin və inkişafının təmin edilməsidir: "Bu missiya çərçivəsində bütün inkişaf etmiş ölkələrdə olduğu kimi, bizim ölkəmizdə də əsas komponentləri iri və təcili ödənişlər üzrə Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi (AZIPS) və xırda, daima təkrarlanan ödənişlərin elektron daşıyıcılarla həyata keçirilməsinə imkan verən XÖHKS olan Milli Ödəniş Sistemi infrastrukturunun sabit və etibarlı fəaliyyətinin təmin edilməsi daim diqqət mərkəzində saxlanılır".
O deyib ki, son illərdə ölkədə telekommunikasiya şəbəkələrinin və elektron imza infrastrukturunun müasir standartlar əsasında inkişaf etdirilməsi Milli Ödəniş Sisteminin əsas komponentlərinin də təkmilləşdirilməsi istiqamətində geniş imkanlar yaratmışdır: "Yaranmış bu əlverişli şəraitdən səmərəli və məqsədyönlü istifadə olunması üçün Mərkəzi Bankda xüsusi tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində Mərkəzi Bankda "Bank Sertifikat Xidmətləri Mərkəzi" (BSXM) yaradılmış və qanunvericiliyin tələblərinə uyğun olaraq akkreditə olunmuşdur. Eyni zamanda AZIPS-in beynəlxalq infrastrukturlarla paralel olaraq Mərkəzi Bankın sifarişi ilə Rabitə və Yükəsk Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən yaradılmış Qapalı Telekommunikasiya Şəbəkəsi (QTŞ) platformasında işləməsi təmin edilmişdir. QTŞ-dən istifadə olunan zaman informasiya təhlükəsizliyinin təmin oluması üçün BSXM-nin elektron sertifikatlarından istifadə olunur. Beləliklə Milli Ödəniş Sisteminin əsas komponentinin fəaliyyətində yerli alternativ infrastrukturlardan istifadə olunmaqla xarici faktorlardan asılılıq ləğv edilmişdir".
O qeyd edib ki, cari il ərzində də Milli Ödəniş Sisteminin əsas komponentləri üzrə təkmilləşdirmə işləri davam etdirilərək XÖHKS-də beynəlxalq təcrübədə geniş tətbiq olunan "birbaşa debetləşmə" ödəniş alətinin istifadəsi təmin olunacaq, banklar üçün nəzərdə tutulan avtomatlaşdırılmış iş yerləri daha müasir platformaya keçiriləcək: "Eyni zamanda bu sistemdə də informasiya təhlükəsizliyinin təmin olunması məqsədilə BSXM-nin elektron sertifikatlarından istifadə olunmağa başlanılacaq. Qeyd olunan layihələrlə yanaşı ölkədə nağdsız ödənişlərin genişlənməsi və elektron ödəniş alətləri ilə aparılan əməliyyatların effektivliyinin yüksəldilməsi üçün əlverişli şəraitin yaradılması məqsədilə kart infrastrukturunun təkmilləşdirilməsi istiqamətində mühüm işlər görülür. Ölkədə emissiya edilmiş ödəniş kartları ilə aparılan əməliyyatların effektivliyinin artırılması və təhlükəsizlik səviyyəsinin yüksəldilməsi məqsədilə Mərkəzi Bankda "Kart Ödənişləri üzrə Milli Şəbəkə"nin yaradılması layihəsi həyata keçirilir. Cari ilin birinci rübü ərzində icrası başa çatdırılacaq bu layihə ölkədə prosessinq fəaliyyəti göstərən bütün kart prosessinq mərkəzlərinin infrastrukturları arasında interfeysin yaradılmasını və ölkədə emissiya olunan ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə məlumatların emalı prosesinin ölkə daxilində həyata keçirilməsini təmin edəcək".
V.Qurbanlı deyib ki, Mərkəzi Bank tərəfindən müvafiq standartlar əsasında yaradılmış və daim inkişaf etdirilən Milli Ödəni Sistemi infrastrukturu ölkənin maliyyə sisteminin vacib seqmentlərindən biridir: "Milli Ödəniş Sistemi iqtisadi subyektlər arasında pul dövriyyəsinin daha sürətli həyata keçirilməsini və səmərəli formada təşkilini təmin edir. Geniş çeşidli və innovativ ödəniş infrastrukturunun mövcudluğu iqtisadi subyektlərin maliyyə xidmətlərinə çıxış imkanlarının artırılmasında xüsusi əhəmiyyətə malikdir. Müvafiq dövlət qurumları ilə həyata keçirilən birgə fəaliyyət nəticəsində maliyyə və vergi orqanlarının ödəniş sistemləri infrastrukturuna texnoloji inteqrasiyası tam başa çatdırılmışdır. Bu tədbirlər nəticəsində büdcə gəlirlərinin mərkəzləşdirilmiş qaydada vahid hesaba mədaxili, xəzinə əməliyyatlarının uçotunun avtomatlaşdırılması, vergi orqanları ilə banklar arasında informasiya mübadiləsinin elektron daşıyıcılar əsasında aparılması imkanı yaradılmışdır. Eyni zamanda Milli Ödəniş Sistemi infrastrukturundan səmərəli istifadə edilməsi "Elektron Hökümət" layihəsi çərçivəsində dövlət orqanları tərəfindən göstərilən elektron xidmətlərin inkişaf etdirilməsi, genişləndirilməsi istiqamətində əsas təsiredici faktorlardan biridir. Belə ki, göstərilən elektron xidmətlər üzrə nəzərdə tutulan dövlət rüsumlarının, vergilərin və xidmət haqlarının toplanılması, təhlükəsizlik və şəffaflıq təmin edilməklə müvafiq büdcə və bank hesablarına çatdırılması ödəniş sistemlərinin üzərinə düşür".
Onun sözlərinə görə, Milli Ödəniş Sistemi komponentlərindən səmərəli istifadə edilməsi, vergi, rüsum, icarə haqqı və digər büdcə ödənişlərinin, dövlət orqanları tərəfindən göstərilən elektron xidmətlər üzrə maliyyə vəsaitlərinin, həmçinin kommunal, rabitə və digər kütləvi xidmətlər üzrə ödənişlərin toplanılması məqsədilə Mərkəzi Bank tərəfindən yüksək prioritet verilən istiqamətlərdən biri də "Hökümət Ödəniş Portalı"nın infrastruktur imkanlarının genişləndirilməsidir: "Hazırda Maliyyə, Vergilər, İqtisadiyyat, Daxili İşlər, Fövqəladə Hallar, Təhsil və Energetika nazirlikləri, Dövlət Gömrük Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan İpoteka Fondu, RYTN Məlumat Hesablaşma Mərkəzi ilə yanaşı, 4 kommunal xidməti təşkilatı, 3 mobil rabitə operatoru, həmçinin stasionar rabitə operatorlarından Bakı Telefon Rabitə İstehsalat Birliyi, "Aztelekom" İB və "TransEuroCom" yaradılmış infrastruktura inteqrasiya olunmuşdur. Həmçinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən yaradılmış "Elektron Hökumət" informasiya resursunun HÖP infrastrukturuna inteqrasiyası başa çatdırılmışdır".
V.Qurbanlı həmçinin deyib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin internet resursu və "ASAN ödəniş" sistemi HÖP infrastrukturuna inteqrasiya olunmuş, həmçinin ASAN Xidmət mərkəzlərində fəaliyyət göstərən bank filiallarında, eləcədə HÖP-ün rəsmi internet resursu üzərindən bu əlaqələndirici quruma aid olan ödənişlərin toplanılması təmin edilmişdir: "Layihənin cari mərhələsində Təhsil Nazirliyi ilə həyata keçirilən birgə fəaliyyət nəticəsində pilot olaraq seçilmiş dövlət ali təhsil müəssisələrində (Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Rəssamlıq Akademiyası, Bakı Slavyan Universiteti və Sumqayıt Dövlət Universiteti) ödənişli təhsil alan tələbələr tərəfindən təhsil haqlarının HÖP üzərindən ödənilməsi təmin edilmişdir. Tələbələrdən təhsil haqlarının toplanılması prosesində şəffaflığın təmin olunmasında və toplanılmış maliyyə vəsaitlərinin zəmanətli şəkildə müvafiq xəzinədarlıq hesablarına çatdırılmasında maraqlı olan dövlət sektorunda fəaliyyət göstərən bütün ali təhsil müəssisələri Təhsil Nazirliyinin müvafiq struktur bölmələrinə müraciət etməklə yaradılmış infrastruktura qoşula bilərlər".
Onun sözlərinə görə, HÖP-ün infrastruktur imkanlarının genişləndirilməsi çərçivəsində "Expressbank" ASC və "Kapital Bank" ASC-yə məxsus olan özünəxidmət terminalları şəbəkəsində vergi, rüsum və digər ödənişlərin qəbul edilməsi təmin edilmişdir: "Hal-hazırda Vergilər nazirliyinin müvafiq qurumları və qeyd olunan banklar ilə birlikdə vergi ödəyicilərinə xidmət mərkəzlərində vergilərin toplanılması məqsədilə özünəxidmət terminallarının quraşdırılması üzrə plan hazırlanır".
V.Qurbanlı bildirib ki, bu gün HÖP-ə inteqrasiya olunmuş təşkilatlar üzrə ümumilikdə 380-dan çox növdə xidmətlərlə bağlı ödənişlər "Azərpoçt" MMC-nin və 35 bankın 2000-dən artıq ödəniş məntəqəsində, 200-dən çox ödəniş terminallarında nağd formada və portalın internet resurslarından (www.gpp.az) istifadə edilməklə ödəniş kartları vasitəsilə nağdsız qaydada qəbul edilir: "2015-ci il ərzində portalda ümumi məbləği 1395 mln. manat olmaqla 28 mln. ədəd ödəniş tranzaksiyası emal olunmuşdur. Keçən il ilə müqayisədə portalda emal olunan əməliyyatların həcmi 33% (346 mln. manat), əməliyyatların sayı isə 5,7% (1,5 mln. ədəd) artmışdır".