...

ASK: Sahibkarların hüquq və mənafelərinin qorunması istiqamətində səmərəli fəliyyət davam etdiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Fevral 2016 12:34 (UTC +04:00)
Sahibkarların hüquq və mənafelərini qorumaq istiqamətində səmərəli fəliyyətini bundan sonra da tələb olunan səviyyədə davam etdiriləcək.
ASK: Sahibkarların hüquq və mənafelərinin qorunması istiqamətində səmərəli fəliyyət davam etdiriləcək

Bakı. Trend:

Sahibkarların hüquq və mənafelərini qorumaq istiqamətində səmərəli fəliyyətini bundan sonra da tələb olunan səviyyədə davam etdiriləcək.

Trend-in məlumatına görə, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev qurumun Rəyasət Heyətinin iclasında bildirib.

İclasda qeyd olunub ki, Azərbaycan qeyri-neft sektorunun inkişaf etdirilməsi hesabına enerji gəlirlərindən asılılığın aradan qaldırılmasına ünvanlanan islahatlara start vermişdir. Azərbaycanda rəqabət qabiliyyətli məhsul istehsal edən və xaricə satan sahibkarlara güzəşt edilməsi, ümumən sahibkarlığın inkişafının xüsusi prioritet məsələlər kimi dəyərləndirilməsi iqtisadiyyatın inkişafında prioritet məsələlərdən biridir.

İclası giriş sözü ilə açan Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev "Azərbaycan Respublikasının Regionlarının 2014-2018-cı illərdə sosial-iqtisadi inkişafı Dölət Proqramının" icrasının 2-ci ilinin yekunlarına həsr olunmuş Konfransının qərarları ilə əlaqədar Azərbaycan Sahibkarlar Konfederasiyasının qarşısında duran vəzifələr haqqında ətraflı məlumat verdi.

Qeyd olundu ki, son vaxtlar ölkəmizdə sahibkarlığın inkişafı ilə bağlı mühüm qərarlar qəbul olunmuş, Azəbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən bu istiqamətdə çoxsaylı tapşırıqlar verilmişdir. Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin növbəti iclasında bu məsələlər və Konfederasiyanın qarşısında duran vəzifələr, növbəti il üçün nəzərdə tutulan iş planının təsdiqi müzakirə olundu.

M.Musayev ötən il ərzində Azərbaycan Sahibkarlar Konfederasiyasının həyata keçirdiyi layihələrin əhəmiyyətindən, ölkəmizin iqtisadi inkişafında sahibkarlıq fəaliyyətinin genişlənməsindən danışıb. Qeyd edib ki, gələcəkdə də konfederasiya özdəst-xəttini dəyişməyəcək, sahibkarların hüquq və mənafelərini qorumaq istiqamətində səmərəli fəliyyətini bundan sonra da tələb olunan səviyyədə davam etdirəcək.

İclasda iştirak edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə dünyada baş verən iqtisadi proseslərin ölkə iqtisadiyyatına təsirindən söhbət açaraq bildirdi ki, artıq zaman dəyişib, özəl sektorun inkişafı xüsusi əhəmiyyət kəsb edir. İqtisadiyyatı güclü olan dövlətin hər şeyə qadir olduğunu deyən Ziyad Səmədzadə sahibkarları cəmiyyətdə fəal mövqe nümayiş etdirməyə səslədi. Bildirdi ki, onlar iş adamlarının təkliflərini gözləyir, qanunların qəbulu zamanı bu təkliflərin nəzərə alınmasında maraqlıdırlar.

Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov maraqlı təkliflə çıxış edərək bildirdi ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclaslarında Azərbaycan Sahibkarlar Konfederasiyası nümayəndələrinin iştirakına icazə verilərsə, bu cür prosedur gələcəkdə müsbət nəticə verə bilər.

Daha sonra gündəlikdə qeyd olunan cari məsələlərin müzakirəsinə başlandı.

Azərbaycan Sahibkarlar Konfederasiyasının Baş katibi əvəzi Faiq Səmədov Konfederasiyanın 2015-ci il ərzində fəaliyyətinin yekunları və qarşıda duran vəzifələr barədə hesabatı Rəyasət Heyətinin üzvləri tərəfindən dinlənildi və növbəti 2016-cı ilin 1-ci rübü üçünAzərbaycan Sahibkarlar Konfederasiyasının iş planı təsdiqləndi.

Azərbaycan Sahibkarlar Konfederasiyasının Dövlət orqanları və sahibkarlarla iş şöbəsinin müdiri Emil Süleymanov isə Azərbaycan Sahibkarlar Konfederasiyasına üzvlüyünə qəbulla bağlı ətraflı məlumat verib, öz təkliflərini irəli sürdü. Konfederasiyaya müraciət edən iş adamlarının üzvlüyə cəlb olunması ilə bağlı siyahı təsdiqləndi.

Azərbaycan Sahibkarlar Konfederasiyasının Maliyyə, mühasibat uçotu, təsərrüfat, nümayəndəliklər və vergi ödəyicilərinə xidmət mərkəzləri ilə iş şöbəsinin müdiri-baş mühasib Bəhruz Kərimov isə Azərbaycan Sahibkarlar Konfederasiyasının 2015-ci il üzrə büdcənin icrası və 2016-cı il üzrə yeni büdcəsinin təsdiqi ilə əlaqədar çıxış etdi. Rəyasət Heyəti yekdilliklə yeni büdcənin qəbulunu məqbul saydı.

Azərbaycan Sahibkarlar Konfederasiyasının Əmək münasibətləri, hüquq, kadr, işlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tapdıq Osmanovun çıxışı isə ASK-nın Rəyasət Heyəti və daimi komissiyaların struktur və tərkibində dəyişikliklər edilməsinin zəruriliyi məsələsinə həsr olunmuşdu.

T.Osmanov bildirdi ki, Azərbaycan Sahibkarlar Konfederasiyasınınnəzdində fəaliyyət göstərən Komissiyaların işinin təkmilləşdirilməsi və daha 2 yeni komissiyanın yaradılması mühüm əhəmiyyət kəsb edir. T.Osmanov əsaslandırdı ki, Azərbaycan Sahibkarlar Konfederasiyasının tərkibində iki yeni "Tikinti materialları istehsalı müəssisələri ilə iş" və "Rabitə İnformasiya Kommunikasiya və Texnologiya müəssisələri ilə iş" komissiyalarının yaradılması zamanın tələblərindən irəli gəlir. Təklif səsə qoyularaq qəbul edildi.

Daha sonra Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin tərkibində dəyişiklik edilməsinin vacibliyi önə çəkildi. Yerdəyişmə və digər səbəblərə əlaqədar Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin üzvlüyündən getmiş şəxslərin yeniləri ilə əvəzlənməsi məsələsinə baxıldı. Rəyasət Heyətinin üzvlərimüzakirə olunan məsələlər ətrafında öz fikir və mülahizələrini bölüşdülər.

İclasa yekun vuran M.Musayev dövlət qurumları ilə əlaqələrin tələb olunan səviyyədə olduğunu, həmçinin beynəlxalq təşkilatlarla da yeni əməkdaşlıq imkanlarının yarandığını qeyd etdi. Gələcəkdə Konfederasiyasının fəaliyyətini daha da zənginləşdirməyin zəruri olduğunu vurğulayıb, bütün iştirakçılara dərin təşəkkürünü bildirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti