...

AYİB Azərbaycan üçün kreditləri manata konvertasiya etməyə hazırdır (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Fevral 2016 15:25 (UTC +04:00)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 14:19-da yayılıb)

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda layihələrin həyata keçirilməsinə ayrılan kreditləri manata konvertasiya etməyi planlaşdırır.

Bunu Trend-ə AYİB-in yerli ofisinin rəhbəri Nil Makkeyn deyib.

O, qeyd edib: "Hələ bu prosesə başlamamışıq, lakin sabah Bakıya gələcək nümayəndə heyətimiz manatla istiqrazların buraxılmasını və mövcud kreditlər üzrə manat likvidliyini müzakirə edəcək. Konvertasiya borclunun istəyi üzrə həyata keçiriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti