...

Korporativ idarəetmə prinsiplərinin tətbiqinə dair təlimlərə başlanılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2016 14:37 (UTC +04:00)
“Xarici investisiyaların təşviqində korporativ idarəetmənin rolu” mövzusunda treninq keçirilib.
Korporativ idarəetmə prinsiplərinin tətbiqinə dair təlimlərə başlanılıb

Bakı. Trend:

İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə "Xarici investisiyaların təşviqində korporativ idarəetmənin rolu" mövzusunda treninq keçirilib.

Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında şirkətlərdə korporativ idarəetmə prinsiplərinin tətbiqinin əhəmiyyəti ilə bağlı verilmiş tapşırığa uyğun olaraq, dövlət müəssisələrində korporativ idarəetmə prinsiplərinin tətbiqinə dair təlimlərə başlanılıb.

Martın 1-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş "Xarici investisiyaların təşviqində korporativ idarəetmənin rolu" mövzusunda ilk təlimdə 20-dən çox dövlət müəssisəsinin nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən İqtisadiyyat Nazirliyinin Korporativ idarəetmə sektorunun müdiri Anar Hacızadə və həmin sektorun əməkdaşı Nicat Eyvazzadə investisiya anlayışı, iqtisadiyyatın inkişafında xarici investisiyaların rolu və xarici investisiyaların təşviqində düzgün korporativ idarəetmənin əhəmiyyəti barədə məlumat verib, iştirakçıların suallarını cavablandırıblar.

Dövlət müəssisələrində korporativ idarəetmə prinsiplərinin tətbiqinin əhəmiyyəti nəzərə alınaraq belə təlimlər davam etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti