Bakı. Trend:
"SOCAR Turkey Energy"-nin birinci vitse-prezidenti Samir Kərimov SOCAR prezidentinin müşaviri təyin edilib. Bunu Trend-ə "SOCAR Turkey Energy"-dən deyiblər.
S.Kərimov SOCAR-ın təsis etdiyi strukturların kapital bazarlarında strategiyasının müəyyənləşdirilməsi ilə məşğul olacaq.
Şirkətdən deyiblər ki, S.Kərimova SOCAR-ın beynəlxalq kapital bazarlarında layihələrinin idarə edilməsi üzrə səlahiyyətlər verilib.