...

AYİB bu il Azərbaycana ilk kreditləri verməyə hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 May 2016 12:33 (UTC +04:00)

Bakı. Azad Həsənli - Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda aqrobiznes və qadın sahibkarlığı sahələrində layihələr çərçivəsində 2016-cı ildə ilk kreditləri yaxın vaxtlarda ayıracaq.

Trend-in məlumatına görə, bunu AYİB-in Bakı nümayəndəliyinin rəhbəri Nil Makkeyn "Yeni İpək yolu iqtisadi kəməri" regionunda inklüziv və davamlı sənayenin inkişafının gücləndirilməsi: Azərbaycan, Tacikistan, Türkmənistan və Özbəkistanda sənaye parkları, zona və şəhərciklərin potensialından istifadə" mövzusunda bu gün keçirilən seminarda deyib.

Onun sözlərinə görə, AYİB-in Azərbaycan üzrə strategiyasının həlledici faktoru iqtisadiyyatın şaxələndirilməsinə dəstəkdir: "AYİB bu günədək biznesin inkişafı ilə bağlı 400-ə yaxın şirkətə kömək edib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti