...

AYİB Azərbaycan iqtisadiyyatının artacağını gözləyir (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 May 2016 18:24 (UTC +04:00)
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2017-ci ildə Azərbaycan iqtisadiyyatının 1 faiz artacağını gözləyir.
AYİB Azərbaycan iqtisadiyyatının artacağını gözləyir (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 17:10-da yayılıb)

Bakı. Azad Həsənli - Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2017-ci ildə Azərbaycan iqtisadiyyatının 1 faiz artacağını gözləyir.

Trend-in məlumatına görə, bu barədə "Regional Economic Prospects" adlı yenilənmiş hesabatda deyilir.

Hesabatda bildirilir ki, Azərbaycan Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya regionu ölkələri arasında Rusiya və Çin iqtisadiyyatlarının artım templərinin yavaşımasının mənfi təsirlərinə ən az dərəcədə məruz qalıb. Ən çox mənfi təsirə məruz qalmış ölkə isə Ermənistandır.

AYİB bu il Azərbaycan ÜDM-nin 3 faiz azalacağını gözləyir: "2015-ci ildə Azərbaycan iqtisadiyyatı 1,1 faiz artıb. Neftin qiymətlərinin azalması ilə ötən ilin ikinci yarısından artım yavaşıdı və ölkə ixracının azalmasına gətirib çıxardı".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti