...

"AtaBank" ASC səhmdarlarının növbəti ümumi yığıncağı çağırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 May 2016 14:25 (UTC +04:00)
“AtaBank” Açıq Səhmdar Cəmiyyətinin (ASC) səhmdarlarının növbəti ümumi yığıncağı çağırılıb.
"AtaBank" ASC səhmdarlarının növbəti ümumi yığıncağı çağırılıb

Trend-i buradan izləyin

Bakı. Trend:

28 iyunda "AtaBank" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti ümumi yığıncağı çağırılır.

ASC-dən Trend-ə verilən məlumata görə, ümumi yığıncaq Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 55 ünvanında ("Yeni Həyat" iş mərkəzi, 8-ci mərtəbə, "AtaHolding" ASC-nin ofisi) keçiriləcək.

Səhmdarların ümumi yığıncağının gündəliyində 2015-ci maliyyə ili üzrə İdarə Heyətinin hesabatı, 2015-ci maliyyə ili üzrə Müşahidə Şurasının hesabatı, "AtaBank" Açıq Səhmdar Cəmiyyətinin 2015-ci maliyyə ili üzrə illik hesabatlarının, mühasibat balansının, mənfəət və zərər hesablarının təsdiq edilməsi, mənfəətinin bölüşdürülməsi məsələləri var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti