...

Beşinci ikimərtəbəli elektrik qatarı Bakıya gətirildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyun 2016 12:29 (UTC +04:00)
Bu günlərdə “Stadler Rail Group” şirkətinin "Stadler Minsk" zavodunda istehsal olunmuş KISS markalı daha iki ədəd ikimərtəbəli elektrik qatarı Bakı sərnişin stansiyasına gətirilib.
Beşinci ikimərtəbəli elektrik qatarı Bakıya gətirildi

Bakı. Trend:

Bu günlərdə "Stadler Rail Group" şirkətinin "Stadler Minsk" zavodunda istehsal olunmuş KISS markalı daha iki ədəd ikimərtəbəli elektrik qatarı Bakı sərnişin stansiyasına gətirilib.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov Trend-ə bildirib ki, bu, artıq ölkəmizə gətirilən sayca beşinci qatardır.

"Stadler Rail Group" şirkətinin "Stadler Minsk" zavodunda istehsal olunmuş KISS markalı elektrik qatarının birincisi 2015-ci il mayın 30-da, ikincisi mayın 31-də, üçüncüsü isə avqustun 20-də Bakı sərnişin stansiyasına gətirilib.

Hər biri 4 vaqondan ibarət olan elektrik qatarlarında sərnişinlərin yüksəkkeyfiyyətli ictimai nəqliyyata artan tələbatını ödəmək üçün hər cür şərait var. Qatarın ümumi sərnişin tutumu 919 nəfər, oturaq yerlərin sayı 396, bunun da 84-ü biznes-sinfinə aiddir.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində gələcəkdə də sərnişinlərin tam komfortlu və təhlükəsiz şəraitdə mənzil başına çatdırılması istiqamətində görülən işlər davam etdiriləcək.

Xatırladaq ki, dəmir yolu nəqliyyat sisteminin modernləşdirilməsi üzrə "ADY" QSC ilə "Stadler Rail Group" şirkəti arasında artıq uzun müddətdir ki danışıqlar aparılırdı. 13 may 2015-ci ildə Bakıda keçirilən "2015 TransCaspian" Beynəlxalq nəqliyyat, tranzit və logistika sərgisi çərçivəsində "Stadler Rail Group" şirkətindən KISS markalı 5 ikimərtəbəli elektrik qatarınin alınması üzrə saziş imzalayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti