...

Qəbul imtahanlarında 700 bal toplayan abituriyentlər KATV1-dən 4 illik pulsuz internet əldə edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyun 2016 09:36 (UTC +04:00)

Bakı. Trend:

Cənubi Qafqazın aparıcı telekommunikasiya operatorlarından biri olan KATV1 şirkəti cari ilin qəbul imtahanlarında 700 bal toplayan bütün abiturientləri mükafatlandıracaq.

Şirkətdən Trend-ə verilən məlumata əsasən, 700 bal toplayan hər bir abituriyent hədiyyə olaraq təhsil aldığı 4 il ərzində KATV1-in pulsuz yüksəksürətli interneti ilə təmin olunacaq, o cümlədən Wi-Fi ruter və HD-qəbuledici əldə edəcəklər.

KATV1 şirkəti gəncləri təhsil almağa həvəsləndirmək məqsədilə sözügedən kampaniyanı hər il keçirəcəyini bəyan etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti