Bakı. Azad Həsənli - Trend:
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nil Makkeyn vəzifəsindən gedib. Bu barədə Trend-ə bankdan deyiblər.
AYİB-in yerli ofisindən qeyd ediblər ki, buna səbəb N.Makkeynin səlahiyyət müddətinin başa çatmasıdır.
N.Makkeyn artıq AYİB-in Mərkəzi Asiya üzrə direktoru təyin edilib.
AYİB-in Azərbaycanda yeni sədri hələ təyin edilməyib.