...

BMT-nin rezident əlaqələndiricisi: Azərbaycanda əldə edilmiş nailiyyətlər təqdirəlayiqdir

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Avqust 2016 13:38 (UTC +04:00)

Bakı. Trend:

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai arasında görüş keçirilib.

Agentliyin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə,
A.Bədəlov Azərbaycanda ABOEM sahəsində yaradılmış institusional mühit, həyata keçirilən layihələr, kadr potensialı və perspektiv imkanlar barədə ətraflı məlumat verib, o cümlədən sahə üzrə BMT-nin regional komissiyaları və yerli nümayəndəliyi ilə fəal əməkdaşlıq əlaqələrinin olduğunu ifadə edib.

Görüş zamanı Dövlət Agentliyinin təşkilatçılığı ilə 18-21 oktyabr 2016-cı il tarixlərində Azərbaycan höküməti və BMT Avropa İqtisadi Komissiyasının (BMT AİK) “Dayanıqlı inkişaf üçün enerji” VII Beynəlxalq Forumu və BMT AİK-in Bərpa Olunan Enerji və Enerji Səmərəliliyi üzrə Ekspertlər qrupunun 3-cü sessiyası barədə məlumat qonağın nəzərinə çatdırılıb.

Ghulam M.İsaczai Azərbaycanda sahə üzrə əldə edilmiş nailiyyətlərin və qazanılan təcrübənin təqdirəlayiq olduğunu qeyd edərək, sıx əməkdaşlığın davam etdirilməsinin və birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti