...

Neftin qiyməti psixoloji həddi keçib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Avqust 2016 12:48 (UTC +04:00)
Dünyada neftin qiyməti artır.
Neftin qiyməti psixoloji həddi keçib

Bakı. Elçin Hüseynov - Trend:

Dünyada neftin qiyməti artır. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

İyulun 21-dən sonra ilk dəfə bu gün "WTİ" markalı neftin qiyməti 1 barel üçün 45 dollar psixoloji həddi keçib.

Bu gün birjalarda "Brent" markalı neftin bir barelinin oktyabr fyuçerslərinin qiyməti 1,02% artaraq 47,45 dollar təşkil edib. "WTI" markalı neftin bir barelinin oktyabr fyuçerslərinin qiyməti 1,19% artaraq 45,02 dollar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti