Bakı. Ənvər Məmmədov - Trend:
İvana Duarte Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri təyin edilib. Trend-ə bu barədə hökumətdəki mənbədən məlumat veriblər.
İ.Duarte 2004-cü ildən AYİB-də işləyir. O, Albaniya, Qazaxıstan, Macarıstan, Polşa, Slovakiya, Türkiyə, Mərakeş və Tacikistan kimi ölkələrdə bir sıra nəqliyyat layihələrində bankın baş bankir kimi işləyib.
İ.Duarte AYİB-in Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri kimi bu il oktyabrın 16-dan vəzifəsinin icrasına başlayacaq.
Qeyd edək ki, bankın Azərbaycandakı nümayəndəliyinin əvvəlki rəhbəri Nil Makkeyn müddəti bitdyi üçün postu tərk edib.