...

Azərbaycan-İran sərhədində yeni dəmir yolu körpüsü bu il hazır olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Noyabr 2016 17:49 (UTC +04:00)
Dəmir yolunun Astara stansiyasından sərhəddə yerləşən körpüyə qədər olan 8,3 kilometrlik hissəsi artıq hazırdır.
Azərbaycan-İran sərhədində yeni dəmir yolu körpüsü bu il hazır olacaq

Bakı. Maksim Tsurkov - Trend:

“Şimal-Cənub” nəqliyyat dəhlizi çərçivəsində Azərbaycan-İran sərhədində Astaraçay üzərindən keçən dəmir yolu körpüsünün tikintisi bu ilin dekabrında başa çatacaq.

Trend-in məlumatına görə, bunu jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

O qeyd edib ki, dəmir yolunun Astara stansiyasından sərhəddə yerləşən körpüyə qədər olan 8,3 kilometrlik hissəsi artıq hazırdır və sınaqdan keçirilib.

C.Qurbanovun sözlərinə görə, uzunluğu 85 metrə çatan körpünün tikintisi, demək olar, başa çatıb: "İndi sınaq işləri aparmaq lazımdır. Körpünün tikintisi dekabrda başa çatacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti