Bakı. Ənvər Məmmədov - Trend:
“Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) agent bankları kredit verilməsinin bərpasından sonra ümumilikdə 7,07 milyon manatdan çox - 114 ipoteka krediti təqdim edib. Trend bu barədə fondun saytına istinadən məlumat verir.
Buna qədər isə banklar altı ay müddətində ipoteka kreditləri verməyib. 2015-ci ildə ipoteka kreditlərinin həcmi 97,2 milyon manat təşkil etmişdi.
Ümumilikdə, 2006-cı ildən bu günə qədər AİF kredit təşkilatları tərəfindən 737,88 milyon manat həcmində - 18 111 ipoteka krediti təqdim edilib.