Azərbaycan MHŞT-ni rəsmi şəkildə tərk etdi

Azərbaycan MHŞT-ni rəsmi şəkildə tərk etdi

Bakı. Trend:

Azərbaycan Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsündəki (MHŞT) gələcək fəaliyyəti ilə bağlı bəyanat yayıb.

Dövlət Neft Fondundan Trend-ə verilən məlumata görə, 2017-ci ilin 8-9 mart tarixlərində Kolumbiyanın paytaxtı Boqota şəhərində MHŞT-nin Beynəlxalq İdarə Heyətinin 36-cı iclası keçirilib. Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru, MHŞT üzrə hökumət Komissiyasının və Çoxtərəfli Qrupun sədri Şahmar Mövsümovun başçılıq etdiyi nümayəndə heyəti iclasda iştirak edib.

İclas zamanı bir sıra məsələlər müzakirə olunub, o cümlədən 4 ölkənin – Tacikistan, Qırğızıstan, Solomon adaları və Azərbaycanın MHŞT-dəki üzvlüyünün dayandırılması barədə qərar qəbul edilib. Bununla əlaqədar olaraq, MHŞT üzrə Hökumət Komissiyasının və Çoxtərəfli Qrupun sədri Şahmar Mövsümov bəyanatla çıxış edib.

Trend-ə daxil olan bəyanatda qeyd olunur: "Azərbaycan Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü sahəsində bir çox ilklərə imza atan ölkədir. Azərbaycan hasilat sənayesində ən yüksək şəffaflığı təşviq edən, beynəlxalq təşəbbüsləri dəstəkləyən və 2003-cü ildə MHŞT-yə ilk qoşulan, 2005-ci ildə dünyada MHŞT üzrə hesabatı ilk çap edən və 2009-cu ildə Tamhüquqlu üzv statusunu əldə etmiş ilk ölkə olub.

İlk gündən etibarən Azərbaycan hökuməti MHŞT-nin prinsip və standartlarına bütünlüklə əməl edib və Təşəbbüsün uğurlu tətbiqi üçün əlverişli mühiti yaratmaq istiqamətində bütün zəruri addımları atıb. Ölkəmiz təşəbbüsün daha uğurlu tətbiqi məqsədilə MHŞT sahəsində çoxtərəfli səyləri bir araya gətirməklə hər bir MHŞT hesabatında yeniliklərin tətbiqinə və inkişafa nail olub. Ümumilikdə 2003-2015-ci illər ərzində Azərbaycan 20 MHŞT hesabatı açıqlayıb.

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2007-ci ildə MHŞT-nin uğurlu tətbiqi nəticəsində "Dövlət xidmətində şəffaflığın, cavabdehliyin və məsuliyyətin artırılması” üzrə “BMT-nin Dövlət Qulluğu Mükafatı”na layiq görülüb.

MHŞT prosesinə güclü təkan vermək və beynəlxalq səviyyədə Təşəbbüsü dəstəkləmək məqsədilə Azərbaycan hökuməti 2008-ci il sentyabrın 11-də MHŞT-ni dəstəkləyən Qətnaməni Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında (BMT BA) irəli sürüb və bu Qətnamə 2008-ci il sentyabrın 11-də yekdilliklə qəbul edilib.

Astanadakı son toplantı zamanı MHŞT üzrə beynəlxalq İdarə Heyəti 2015-ci ildə keçirilmiş Qiymətləndirmə ilə müqayisədə Azərbaycanın 2016-cı il üzrə MHŞT Standartının tətbiqi istiqamətində və bir neçə fərdi tələbin yerinə yetirilməsi sahəsində qənaətbəxş irəliləyişlər əldə etdiyi qənaətinə gəlib. MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin qərarına əsasən Azərbaycanın namizəd ölkə statusu saxlanılıb. Beynəlxalq İdarə Heyəti növbəti toplantıya qədər ölkəmizə bir neçə istiqamətdə yerinə yetiriləcək İslahedici tədbirlər planını təqdim edib.

Biz inanırıq ki, cari qaydalara edilmiş mühüm dəyişikliklər ilə Azərbaycan İslahedici tədbirlərin bütünlüklə yerinə yetirməsinə müvəffəq olub. Biz İdarə Heyətinin Azərbaycanın fəaliyyətini dayandırmaqla bağlı qərarını ədalətsiz hesab edirik. Hazırda MHŞT öz ilkin mandatından-hasilat sənayesində şəffaflığın və hesabatlılığın təmin edilməsi istiqamətindən xeyli uzaqlaşıb. Müxtəlif sahələrdə fəaliyyət göstərən qrupların hər imkanda əlaqəsiz faktları təqdim etməsi artıq Təşəbbüsün öz ilkin missiya və məqsədlərindən uzaqlaşdığının göstəricisi hesab edilə bilər.

2003-cü ildə Azərbaycan hökuməti maliyyə şəffaflığı və hesabatlılığı ilə bağlı təşəbbüsə qoşulub və hər zaman yaxşı idarəetmə, hasilat sahəsində şəffaflıq və hesabatlılıq prinsiplərinə yüksək səviyyədə əməl edib. Azərbaycan bundan sonra da hasilat sənayesindən əldə etdiyi gəlirlərlə bağlı bütün məlumatları dərc etməyə davam edəcəkdir. Mən çox böyük təəssüf hissi ilə Azərbaycanın MHŞT-ni rəsmi şəkildə tərk etdiyini bəyan edirəm. Dərhal qüvvəyə minməklə MHŞT üzrə Beynəlxalq Katiblikdən Azərbaycanın adını MHŞT tətbiq edən ölkələr siyahısından çıxarmağı xahiş edirəm. Gələcək fəaliyyətinizdə hər birinizə uğurlar arzulayıram".

Qeyd edək ki, MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulub. MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilib.

Azərbaycanda populyar kompüter oyunları üzrə onlayn çempionat keçiriləcək
Azərbaycanda populyar kompüter oyunları üzrə onlayn çempionat keçiriləcək
“Baktelecom” Biləcəri sakinlərinə səyyar xidmət göstərib (FOTO)
“Baktelecom” Biləcəri sakinlərinə səyyar xidmət göstərib (FOTO)
Kaspersky: 2020-ci ildə Azərbaycanda zərərli proqramlar cihazlara ən çox portativ daşıyıcılar vasitəsilə nüfuz edir
Kaspersky: 2020-ci ildə Azərbaycanda zərərli proqramlar cihazlara ən çox portativ daşıyıcılar vasitəsilə nüfuz edir
Loading Bars
Xəbər lenti
Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 20,8 milyonu ötüb
Bu gün 19 mindən çox abituriyent qəbul imtahanı verəcək
Kanadada meşə yanğınları, 3,8 min insan təxliyə edildi
Moskvada koronavirusdan daha 11 nəfər ölüb
Tovuzda minaatan mərmisi tapılıb (FOTO)
Somalinin paytaxtında terror aktı törədilib
Bakıda köməkçi tikili yanıb
Türkiyə Milli Müdafiə naziri və Baş Qərargah rəisi Azərbaycana gəlib (FOTO)
İraqın şimalında 3 PKK terrorçusu zərərsizləşdirilib
Türkiyədə koronavirusdan sağalanların sayı 227 min nəfəri ötüb
Batma təhlükəsi ilə üzləşən 12 nəfər xilas olunub
Azərbaycan xalqının faşizmlə mübarizədə qəhrəmanlığı və Ermənistanın faşist ideologiyası “Hədəf”də təhlil olunub (FOTO)
Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı
Qırğızıstanda zəlzələ baş verib
Beyləqanda ev yanıb
“Nağdsız ödənişlərə dəstək verin!” çağırışlı videoçarx hazırlanıb (VİDEO)
Misirdə ailələr arasında torpaq davası olub, azı 8 nəfər öldürülüb
Zərif: İran nüvə proqramında dəyişiklik edəcək heç bir planı qəbul etməyəcək
Çində bağlamalar üzərində koronavirus aşkarlanıb
Mingəçevir Dövlət Universiteti “Əsgərə Məktub!” layihəsinə qoşulub (VİDEO)
OPEC Azərbaycanda neft hasilatı ilə bağlı proqnozları açıqlayıb
DSMF-nin büdcəsinə edilən dəyişiklik təsdiqləndi
Hazırda paytaxtın bəzi küçə və prospektlərdə sıxlıq var (FOTO)
Norveç 5 ölkə üçün 10 günlük karantin rejimini tətbiq edir
Cəmil Həsənli xalqı aşağıladı - AXCP və "Milli Şura"nın qeybətxana şousu davam edir (VİDEO)
Dünya gəncləri “Daha yaxşı dünya üçün” devizi altında birləşdi (FOTO)
Ailəniz üçün əlavə kart alın, birlikdə daha çox millər qazanın!
Baş Prokurorluq Bərdədə ölümlə nəticələnən dava barədə məlumat yaydı
İranla sərhəddə 200 kiloqramdan artıq heroin aşkar edildi (FOTO/VİDEO)
İmişlidəki göllərdən Baş Muğan kanalına 3,5 milyon kubmetr su vurulub - suvarma problemi həll olunur (FOTO)
Suraxanıda su borusunun partlaması nəticəsində küçəni su basıb (VİDEO)
Dövlət büdcəsi haqqında qanuna dəyişiklik təsdiqləndi
Şura və Agentlik qalib QHT-lərlə onlayn görüş keçirib (FOTO)
AFFA kəndlərdə idmanın inkişafına dəstək verir (FOTO)
AQTA 78 müəssisədə qayda pozuntusu aşkarladı
Bakıya gətirilən yeni "London taksi"ləri yanacaq əvəzinə elektriklə işləyir (FOTO)
Azərbaycanda insanlar seroloji testlərdən keçəcəklər
Abşeronda təbliğat işləri gündəlik həyata keçirilir (FOTO)
Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinə yeni sədr təyin edilib
Avqustun 13-də dolların manata qarşı məzənnəsi
İsveçrədə koronavirusa yoluxma göstəriciləri kəskin artır
Vüqar Rəhimzadə: Ümidverici rəqəmlər fonunda səhlənkarlığa imkan verməməliyik
YAP İdarə Heyətinin videokonfrans formatında iclası keçirilib
Peşə təhsili üzrə kadr hazırlığının təşkili ilə bağlı yeni memorandum imzalandı
Azərbaycanda 93 nəfər koronavirusa yoluxdu, 202 nəfər sağaldı
Qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən subbakalavrların qeydiyyatına başlanılıb
PAŞA Bank ailəsinə qoşulun!
Ağdaşda ictimai nəqliyyatda tibbi maska taxmayan sürücü və sərnişinlər cərimələnib (FOTO)
Hindistanda avtobus yandı - Ölənlər var
İcra hakimiyyəti Nərimanovda inşa edilən futbol meydançasının tikintisini dayandırıb (FOTO)
Karantin qaydalarını pozaraq Qubaya gələn 7 nəfər məsuliyyətə cəlb olundu
"Ziraat Bank Azərbaycan"ın ödənişləri artıq eManat terminallarında!
Pərvin Kərimzadə: “Qarabağ” dayaq blokunun istifadəyə verilməsi mühüm hadisədir
Kürdəmirdə "Mercedes" traktora çırpılıb, ölən var
Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının tərkibi təsdiq edildi - SƏRƏNCAM
Çindən gələn nümayəndə heyəti videokonfrans keçirdi (FOTO)
Şotlandiyada qatar relsdən çıxaraq yanıb (FOTO)
Xəzərin mühafizəsi ilə bağlı növbəti aksiya keçirildi (FOTO)
Neftçalada karantin qaydalarını pozaraq yas mərasimi keçirənlər cərimələnib (FOTO)
ÜST: Rusiyadakı peyvəndlə bağlı aparılan sınaqların təfərrüatı nəzərdən keçiriləcək
Təhsil Nazirliyi: Məktəblərə tədrisin təşkili ilə bağlı heç bir təlimat verilməyib
Baş Prokurorluq on altı yaşına çatmayan şəxsə zor tətbiq edilməsi ilə bağlı məlumat yaydı
Məktəblərdə bir dərs 35 dəqiqə, tənəffüs müddəti isə 10 dəqiqə olsun - TƏKLİF
Prezident İlham Əliyev Bakıya gətirilmiş “LEVC TX” modelli yeni “London taksi”ləri ilə tanış olub (FOTO) (YENİLƏNİB)
I, V, IX siniflər üçün həftədə üç, X və XI siniflər üçün dərslər tam onlayn qaydada keçirilsin - TƏKLİF
190 manat almaq üçün 278 min şəxsin siyahısı aidiyyəti banklara göndərilib - Nazirlik
Paris marafonu koronavirusa görə ləğv olunub
Pandemiyadan zərər çəkmiş bu şəxslərə təkrarən yardımların verilməsinə başlanıldı
DANX: Sərnişindaşımanın bərpası yalnız Operativ Qərargahın qərarından sonra bəlli olacaq
Azərbaycanda qızıl və gümüş kəskin ucuzlaşdı
Bu sərəncam sadəcə hərb tariximizə deyil, həm də ümumbəşəri dəyərlərə verilən ən yüksək qiymətdir - Cəlil Xəlilov
Balakəndə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanıldı (VİDEO)
Hikmət Hacıyev: Ermənistanın Milli Təhlükəsizlik Strategiyası sanki saxta tarix dərsliyidir
İranda sutka ərzində koronavirusdan 188 nəfər ölüb
Mədəniyyət nazirinin yeni müşaviri təyin edilib
“Barselona”nın futbolçusu koronavirusa yoluxub
8027 obyektdə sanitar-epidemioloji tələblər pozulub
Ötən gün yol qəzalarında 5 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Sabah Bakıda 32, rayonlarda 35 dərəcə isti olacaq
Avstraliyada koronavirusdan gündəlik ölüm sayı rekord həddə çatıb
Avtobus sürücüsü ehtiyatsızlıqdan iş yoldaşını vurub öldürdü
"Gələcəyimiz gənclərdir" festivalı baş tutub (FOTO)
Salyanda narkotik bitki əkib-becərən şəxs saxlanılıb (FOTO/VİDEO)
Biləsuvarda sanitar-karantin qaydalarını pozan 35 nəfər cərimə edilib
DİM imtahan verəcək abituriyentlərə müraciət etdi
Rusiyada koronavirusa yoluxanların sayı 900 min nəfəri keçdi
“Twitter”də yeni funksiya işə düşüb
Ceyhun Bayramov: Biz münaqişənin siyasi yolla, danışıqlarla həll edilməsi tərəfdarıyıq
Bu il sosial ödənişlər 707 milyon manat artıb
Azərbaycan neftinin qiymətləri dəyişib
Ceyhun Bayramov: Türkiyə-Azərbaycan əməkdaşlığı regionun inkişafına da xidmət edir
Türkiyə Milli Müdafiə naziri və Baş Qərargah rəisi Azərbaycana gəlir
Salyanda sanitar-karantin qaydalarını pozan 12 nəfər cərimə edilib (FOTO/VİDEO)
Zaqatalada evdə nişan mərasimləri keçirənlər cərimələnib (VİDEO)
MİDA-nın keçirdiyi mənzillərin elektron satışı şəffaflığın təmin edilməsi baxımdan vacibdir - Ekspert
Buraxılış imtahanında iştirak etməyənlərin qəbul imtahanında iştirakına icazə verildi
Ceyhun Bayramov "CNN Türk"ə Ermənistanın Tovuz istiqamətində törətdiyi təxribat barəsində danışıb
9 hakimin fəaliyyətinə xitam verilib (VİDEO)
Ermənistanda fövqəladə vəziyyət daha bir ay uzadıldı
24 subartezian quyusunun qazılmasına 756 min manat ayrılıb - SƏRƏNCAM
Bütün xəbərlər