Bakı. Azad Həsənli - Trend:
Azərbaycan hökuməti yaxın zamanlarda ölkə iqtisadiyyatının inkişaf tempi ilə bağlı müsbət dəyişikliklər gözləyir.
Trend-in məlumatına görə, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2016-cı il dövlət büdcəsinin icrasının müzakirəsi zamanı maliyyə nazirinin müavini Azər Bayramov deyib.
Onun sözlərinə görə, dəyişikliklər ölkədə həyata keçirilən islahatların, eləcə də qonşu ölkələrdə vəziyyətin yaxşılaşması fonunda proqnozlaşdırılır.