Bakı. Ənvər Məmmədov - Trend:
Polşanın paytaxtı Varşavada Azərbaycan-Polşa biznes-forumu keçiriləcək.
Trend-in Azərbaycan İxracatın və İnvestisiyaların Təşviqi Fonduna istinadən məlumatına görə, biznes-forum iyunun 27-i baş tutacaq.
Məlumatda qeyd olunur ki, forum çərçivəsində biznes əlaqələrinin genişləndirilməsi üçün polşalı sahibkarlarla ikitərəfli görüşlər olacaq.