...

Nazir müavini ölkədə əczaçılıq sahəsinin inkişafı üzrə görülən işlərdən danışdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Sentyabr 2017 12:42 (UTC +04:00)
Azərbaycanda əczaçılıq sahəsinin inkişafı üzrə böyük işlər görülür.
Nazir müavini ölkədə əczaçılıq sahəsinin inkişafı üzrə görülən işlərdən danışdı

Bakı. Ənvər Məmmədov - Trend

Azərbaycanda əczaçılıq sahəsinin inkişafı üzrə böyük işlər görülür.

Trend-in məlumatına görə, bunu Azərbaycan Beynəlxalq Səhiyyə “BIHE 2017” sərgisinin açılış mərasimində Azərbaycan iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

O bildirib ki, Azərbaycanda əczaçılıq sahəsi lazımınca inkişaf etməyib:

“Amma son illərdə İqtisadiyyat və Səhiyyə Nazirlikləri bu sahədə böyük işlər görüb. Dünyanın aparıcı şirkətləri və mütəxəssisləri ilə danışıqlar aparılıb. Ölkədə əczaçılıq sahəsində ixtisaslaşan Pirallahı Sənaye Parkı yaradılıb. Bu gün bu sərgidə həmin parkın üç rezidenti – “Hayat Pharm”, “Diamed” və “Caspian Pharmed” iştirak edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti