Bakı. Azad Həsənli - Trend:
Rusiyanın təqribən 80 regionu bu və ya digər dərəcədə Azərbaycanla ticarət əlaqələrinə malikdir.
Trend-in məlumatına görə, bunu Bakıda keçirilən Azərbaycan-Rusiya işgüzar görüşündə RF-nin Bakıdakı səfiri Vladimir Doroxin deyib.
Diplomat qeyd edib ki, Rusiya Azərbaycanın təkcə ölkə səviyyəsində deyil, həm də regional səviyyədə əməkdaşlıq etdiyi yeganə ölkədir.