...

Azər Türk Bank “Soyuq əllər, isti ürək” xeyriyyə layihəsinin tərəfdaşıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Dekabr 2017 20:15 (UTC +04:00)
Azər Türk Bank bu humanitar tədbirin tərəfdaşı qismində çıxış edir.
Azər Türk Bank “Soyuq əllər, isti ürək” xeyriyyə layihəsinin tərəfdaşıdır

Bakı. Trend:

Bakıda “Nargis Fund” rəhbərliyi altında “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası ənənəvi olaraq öz işinə başlayıb. Sosial məsuliyyət fəaliyyəti çərçivəsində bir çox layihələrin gerçəkləşməsində iştirak edən dövlət bankı Azər Türk Bank bu humanitar tədbirin tərəfdaşı qismində çıxış edir.

Bankdan Trend-ə verilən məlumata görə, artıq 5-ci ildir ki, keçirilən xeyriyyə yarmarkasında əldə olunan vəsait hər dəfə olduğu kimi, xeyriyyə işlərinə sərf olunacaq. “Nargis Fund” layihənin sponsorları ilə birgə müalicə və əməliyyata ehtiyacı olan uşaqlara, eləcə də aztəminatlı ailələrə yardım göstərəcək. Yarmarkanın əsas qonaqları olan uşaq evlərinin sakinlərini məşhur insanlarla görüş, sevimli ifaçıların çıxışı, sponsorlardan ənənəvi suvenirlər, şirniyyatlar və hədiyyələr gözləyir.

Qeyd edək ki, Azər Türk Bank yarmarkada “Arzular qutusu” yerləşdirmişdir. Ən maraqlı arzuların müəllifləri bank tərəfindən mükafatlandırılacaqlar.

Dövlət bankı Azər Türk Bank belə vacib bir layihənin reallaşdırılmasında iştirakından fərəh duyur və bu kimi əhəmiyyətli tədbirlərin həyata keçirilməsində, həmişə olduğu kimi, səylərini davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti