Bakı. Trend:
Dekabrın 12-də Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.
Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, hərracda manatın ortaçəkili məzənnəsi 1,7001 səviyyəsində formalaşıb.
Qeyd edək ki, 12.12.2017-ci il tarixində rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub.