...

Neftçala Sənaye Məhəlləsinin ərazisinin genişləndirilməsi nəzərdə tutulur

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Yanvar 2018 19:46 (UTC +04:00)
Neftçala Sənaye Məhəlləsinin ərazisinin genişləndirilməsi nəzərdə tutulur.
Neftçala Sənaye Məhəlləsinin ərazisinin genişləndirilməsi nəzərdə tutulur

Bakı. Trend:

Neftçala Sənaye Məhəlləsinin ərazisinin genişləndirilməsi nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu Neftçala Sənaye Məhəlləsinin direktoru Nəriman Xəlilov Prezident İlham Əliyevin iştirakı ilə Heydər Əliyev Mərkəzində keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda çıxışında deyib.

N.Xəlilov xatırladıb ki, Prezident İlham Əliyevin 2015-ci il 2 fevral tarixli sərəncamına uyğun olaraq, Azərbaycanda ilk sənaye məhəlləsi məhz Neftçalada yaradılıb:

“On hektar ərazini əhatə edən Neftçala Sənaye Məhəlləsində dövlət vəsaiti hesabına sənaye məhsullarının istehsalı və müvafiq xidmətlərin göstərilməsi üçün bütün zəruri infrastruktur - elektrik enerjisi, təbii qaz, rabitə-internet, su-kanalizasiya sistemi qurulub, müasir istehsalat blokları tikilərək sahibkarların istifadəsinə verilib. Sənaye Məhəlləsinin inzibati binasında sahibkarlara ümumi mühasibatlıq, hüquqi məsləhətlər, sığorta və poçt xidmətləri göstərilir, eləcə də texniki kitabxana və “startap”lar üçün ofis fəaliyyət göstərir. Neftçala Sənaye Məhəlləsinin bütün ərazisi ödənişsiz internetlə təmin olunub”.

O qeyd edib ki, hazırda Neftçala Sənaye Məhəlləsində layihələrinin ümumi dəyəri 45 milyon manat təşkil edən 9 rezident, o cümlədən avtomobil, balıq yemi və digər yemlər, balıq konservləri, plastik məmulatlar, suvarma sistemləri, polietilen suvarma boruları və modul tipli məktəb binaları üçün konstruksiyalar istehsalı və digər sahələr üzrə məşğul olan sahibkarlar fəaliyyət göstərirlər. Məhəllədə, həmçinin kiçik sahibkarlar üçün emalatxanalar da yaradılıb:

“Bu layihələr üzrə 4 müəssisəyə verilmiş investisiya təşviqi sənədi əsasında sahibkarlar 3,5 milyon manat vəsaitə qənaət edib, 2 müəssisəyə 6,5 milyon manat güzəştli kredit verilib və Sənaye Məhəlləsində ümumilikdə 500-ə yaxın daimi iş yerinin açılması üçün zəmin yaranıb”.

Sənaye Məhəlləsinin direktoru vurğulayıb ki, yeni layihələrin həyata keçirilməsi məqsədilə sahibkarların artan müraciətlərini nəzərə alaraq, Neftçala Sənaye Məhəlləsinin ərazisinin genişləndirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti