...

Andorra və Azərbaycan vergi məlumatlarının mübadiləsini aparacaqlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 İyun 2018 06:34 (UTC +04:00)
Andorra və Azərbaycan hökumətləri arasında vergi məlumatlarının mübadiləsi barədə saziş imzalanacaq.
Andorra və Azərbaycan vergi məlumatlarının mübadiləsini aparacaqlar

Bakı. Trend:

Andorra və Azərbaycan hökumətləri arasında vergi məlumatlarının mübadiləsi barədə saziş imzalanacaq.

Trend-in məlumatına görə, bu Andorra hökumətinin vergi məlumatlarının avtomatik mübadiləsi haqqında qanununa etdiyi dəyişiklikdə əksini tapıb.

Dəyişiklik "mövcud tənzimləməyə müəyyən düzəlişlər etməyi və maliyyə hesabatları haqqında avtomatik məlumat mübadilənin aparıldığı ölkələrin siyahsının genişləndirilməsini nəzərdə tutur".

Dəyişiklik 2020-ci ildən qüvvəyə minəcək. Bununla da, Andorra 95 yurisdiksiya ilə məlumat mübadiləsi aparacaq.

Siyahıya əlavə olunan ölkələr: Azərbaycan, Nauru, Pakistan, Panama, Sent-Kits və Nevis, Angilya, Baham adaları, Bəhreyn, Barbados, Beliz, Qana, Livan, Marşall adaları, Yeni Zelandiya, Niue, Qətər, Sent-Lüsiya, Sinqapur, Sint-Marten, Türkiyə, Albaniya və Nigeriyə - ümumilikdə 22 ölkə.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti