...

Azərbaycan məhsulları Parisdə nümayiş olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Sentyabr 2018 18:43 (UTC +04:00)
Parisdə təşkil ediləcək “Sial Paris” sərgisində iştirak edəcək Azərbaycan şirkətlərinin nümayəndələri ilə müzakirələr aparılıb.
Azərbaycan məhsulları Parisdə nümayiş olunacaq

Bakı. Trend:

Bu gün Bakı Biznes Mərkəzində keçirilmiş İxracatçılar Klubunun növbəti iclasında 21-25 oktyabr tarixlərində Fransanın paytaxtı Parisdə təşkil ediləcək “Sial Paris” sərgisində iştirak edəcək Azərbaycan şirkətlərinin nümayəndələri ilə müzakirələr aparılıb.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin dəstəyi və AZPROMO-nun təşkilatçılağı ilə keçirilən tədbirdə qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 20-dən çox şirkətin təmsilçisi iştirak edib.

İclasda Azərbaycan istehsalı olan məhsulların ixracının genişləndirilməsi istiqamətində görülən işlərin önəmi, “Made in Azerbaijan” brendinin təbliği üçün dövlətin maliyyə dəstəyi ilə bu il də dünyanın müxtəlif ölkələrində bir çox sərgi və digər formatlı tədbirlərin keçiriləcəyi vurğulanıb.

İxracatçılar Klubunun icraçı direktoru Zöhrab Qədirov xarici ölkələrdə təşkil olunan beynəlxalq sərgilərin, o cümlədən “Sial Paris” Sərgisinin Azərbaycan məhsullarının “Made in Azerbaijan” brendi altında tanıdılması, yerli məhsulların ixracının genişləndirilməsi üçün əhəmiyyətindən danışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti