...

Azərbaycan Monteneqronu iqtisadiyyatın prioritet sahələrinə investisiya qoymağa çağırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyun 2019 17:34 (UTC +04:00)
Milli iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı Azərbaycanın dövlət siyasətinin prioritetidir və bu istiqamətdə ciddi addımlar atılır
Azərbaycan Monteneqronu iqtisadiyyatın prioritet sahələrinə investisiya qoymağa çağırır

Bakı. Mətanət Nəsibova - Trend:

Milli iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı Azərbaycanın dövlət siyasətinin prioritetidir və bu istiqamətdə ciddi addımlar atılır.

Trend-in məlumatına görə, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri Yusif Abdullayev Bakıda keçirilən Azərbaycan-Monteneqro Biznes Forumunda deyib.

O, ixrac missiyalarının vacibliyini vurğulayaraq deyib ki, bu məqsədlə ticarət nümayəndəlikləri yaradılıb və hazırda Çin, Rusiya, BƏƏ və Şərqi Avropada fəaliyyət göstərir: "Azərbaycana investisiya qoymaq və tərəfdaşların tapılması üçün sənaye parkları yaradılıb. Bir sözlə, Azərbaycanda biznes mühitin inkişafı və ölkəyə investisiyaların cəlb olunması üçün optimal şərait yaradılıb. Bizim Monteneqrodakı tərəfdaşlarımız bu imkanlardan yararlana və Azərbaycana investisiyalar qoya bilərlər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti