...

Nazir: Azərbaycan Cənubi Qafqazda Rusiyanın vacib ticari-iqtisadi tərəfdaşıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Sentyabr 2019 13:20 (UTC +04:00)

Bakı. Mətanət Nəsibova - Trend:

Azərbaycan Cənubi Qafqazda Rusiyanın vacib ticari-iqtisadi tərəfdaşıdır.

Trend-in məlumatına görə, bunu Sverdlovsk vilayətinin beynəlxalq və xarici iqtisadi əlaqələr naziri Vasili Kozlov deyib.

O bildirib ki, Rusiyanın region ölkələri ilə ticarətinin təxminən 50 faizi Azərbaycanın payına düşür. Azərbaycanda Rusiya kapitalı ilə 700-ə qədər şirkət işləyir:

“Öz növbəsində, Sverdlovsk vilayəti Azərbaycanda tərəfdaşlarla ticari-iqtisadi əlaqələrin qurulmasında maraqlıdır. Biz Rusiyada işləmək istəyən azərbaycanlı biznesmenləri dəvət etmək niyyətindəyik. Bizim iqtisadiyyatımızın əsasını metallurgiya təşkil edir, Azərbaycana tibb avadanlığı tədarük etməyə hazırıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti