...

Rusiya-Azərbaycan əməkdaşlığının yol xəritəsinə xüsusi diqqət ayırılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Noyabr 2019 15:35 (UTC +04:00)
Nəqliyyat-logistika məsələsi aparıcı məsələlərdən biridir, çünki bizim həm quru sərhədimiz, həm də Xəzər dənizi üzrə əməkdaşlığımız var.
Rusiya-Azərbaycan əməkdaşlığının yol xəritəsinə xüsusi diqqət ayırılır

Bakı. Artyom Sokolov - Trend:

Nəqliyyat-logistika məsələsi aparıcı məsələlərdən biridir, çünki bizim həm quru sərhədimiz, həm də Xəzər dənizi üzrə əməkdaşlığımız var.

Trend-in məlumatına görə, bunu Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin deyib.

Onun sözlərinə görə, bütün bu istiqamətlərdə iş elə aparılmalıdır ki, insanların və məhsulların ölkələr arasında hərəkətində ləngimələr yaranmasın.

Nazir qeyd edib ki, bu məsələ həm ticarətə, həm də turizmə aiddir və bunun nəqliyyat əlaqəsini daha da təkmilləşdirmək lazımdır:

“Logistikaya Rusiya-Azərbaycan əməkdaşlığının ayrıca yol xəritəsi həsr olunub. Biz buna xüsusi diqqət ayırırıq və işimizi davam etdirəcəyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti