...

Nazir müavini: Ərəb şirkətləri Azərbaycana 400 milyon dollara yaxın investisiya qoyur

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Fevral 2020 11:31 (UTC +04:00)
Ərəb şirkətləri Azərbaycana 400 milyon dollara yaxın investisiya qoyur
Nazir müavini: Ərəb şirkətləri Azərbaycana 400 milyon dollara yaxın investisiya qoyur

Bakı. Nərgiz İsmayılova - Trend:

Ərəb şirkətləri Azərbaycana 400 milyon dollara yaxın investisiya qoyur.

Trend-in məlumatına görə, bunu Energetika nazirinin müavini Elnur Soltanov deyib.

Onun sözlərinə görə, Azərbaycanda bərpa olunan enerji sahəsində pilot layihələr çərçivəsində Səudiyyə Ərəbistanının “ACWA Power” və “Masdar” şirkətləri qeyd olunan məbləği yerləşdirir. Həmin layihələrin reallaşdırılması iki ilə yaxın davam edəcək və mərhələli şəkildə istismara veriləcək.

Müqavilələrə əsasən, “ACWA Power” şirkəti ilə birgə 240 meqavatt gücündə külək stansiyalarının tikintisi ilə bağlı, “Masdar” şirkəti ilə birgə isə 220 meqavatt gücündə günəş stansiyalarının tikintisi layihələri icra olunacaq.

E.Soltanov qeyd edib ki, həmin istehsal güclərinin işə düşməsindən sonra ildə 300 milyon kubmetrədək qaza qənaət imkanı yaranacaq ki, bu da Azərbaycan əhalisinin qaza olan tələbatının 10 faizini təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti