...

Azərbaycanda startapların inkişafı sahəsində əsas prioritet strategiyaların hazırlanması olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Sentyabr 2020 21:01 (UTC +04:00)
Azərbaycanda startapların inkişafı sahəsində əsas prioritet strategiyaların hazırlanması olacaq

Bakı. Fidan Babayeva - Trend:

Yaxın zamanlarda Azərbaycanda startapların inkişafı sahəsində əsas prioritet adekvat strategiyaların hazırlanması və pandemiyanın təsirlərinin azaldılması olacaq.

Trend-in məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin direktoru Vüsal Qasımlı Britaniya Şurası ilə birgə keçirilən “COVID-19 pandemiyası dövründə startap hərəkatı: çağırışlar və imkanlar” mövzusunda konfrans zamanı deyib.

Onun sözlərinə görə, pandemiya digər sahələrlə yanaşı, ölkədəki startapları da yeni reallıqlarla qarşı-qarşıya qoydu:

“Azərbaycanda maliyyə texnologiyaları sahəsində startapların inkişafının stimullaşdırılması məqsədilə böyük iş aparılır”.

O bildirib ki, ölkədə məqsədi mentor və konsaltinq xidmətləri göstərmək, eləcə də startaplara biznes-planların hazırlanması və müvafiq sənədlərin rəsmiləşdirilməsi üzrə əməliyyatların aparılmasında kömək göstərmək olan inkubator və akseleratorlar yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti