...

“DEFSCOPE” MMC "Palo Alto Networks" Təhlükəsizlik Proqramına qoşulur

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Mart 2021 09:15 (UTC +04:00)
“DEFSCOPE” MMC "Palo Alto Networks" Təhlükəsizlik Proqramına qoşulur

Bakı. Trend:

İT / Kiber təhlükəsizlik şirkəti olan “DEFSCOPE” MMC artıq Palo Alto Şəbəkəsi ilə əməkdaş oldu. “Palo Alto Networks” kibertəhlükəsizlik və bununla bağlı həllər, xidmətlər təklif edən Amerikan şirkətdir. “Palo Alto Networks” şirkətinin Azərbaycandakı rəsmi distribyutoru MUK şirkətlər qrupudur.

“DEFSCOPE” MMC-nin təsisçisi və direktoru Vüsal Salmanlı qeyd edib: “Bu imkan proqramın Təhlükəsizlik təcrübəsindən yararlanmaq və onu genişləndirmək üçün yaxşı fürsətdir”.

Azərbaycan şirkəti olan “DEFSCOPE” MMC 2018-ci ildən bəri qlobal arenada kiber təhlükəsizlik fəaliyyətləri həyata keçirir. Şirkət son vaxtlar başda Kanada, ABŞ, Avropa və Azərbaycan olmaqla bir sıra aparıcı şirkətlərə peşəkar kibertəhlükəsizlik xidmətləri göstərir.

Şirkətin fəaliyyətləri ilə daha ətraflı tanış olmaq və xidmətlərdən yararlanmaq üçün rəsmi internet səhifəsi: https://www.defscope.com/.

Əlaqə:

[email protected]

+994 12409 2565

Məqalədə:
Xəbər lenti

Xəbər lenti