...

Azərbaycan xarici ticarətdə rəqabətqabiliyyətliyini artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Aprel 2021 12:27 (UTC +04:00)
Azərbaycan xarici ticarətdə rəqabətqabiliyyətliyini artırır

Bakı. Fidan Babayeva - Trend:

Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən yaradılmış "Ticarət Statistikası Portalı"nın məqsədi maraqlı tərəflər üçün Azərbaycanın xarici ticarət dövriyyəsinin vizual təqdim olunmasıdır.

Trend-in məlumatına görə, bunu DGK-nin Aparat rəhbəri Anar Süleymanov "Ticarət Statistikası Portalı"nın təqdimatına həsr olunmuş tədbir zamanı deyib.

O bildirib ki, bu portal zəruri statistik məlumatları təqdim edəcək və biznesin öyrənilməsini dəstəkləyəcək:

"Bu, Azərbaycanın ticarətdə rəqabətqabiliyyətliyinin artırılmasının əsasını qoyacaq".

A.Süleymanov bildirib ki, portalın hazırlanmasına 18 ay əvvəl başlanılıb:

"Bu portal 8 istiqamət üzrə istənilən informasiyanı, xüsusilə də 99 məhsul üzrə idxal və ixrac məlumatlarını tapmağa kömək edəcək"

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti