...

Aİ Azərbaycanın bölgələrində mikrosahibkarlığın inkişafını dəstəkləyir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyun 2021 14:09 (UTC +04:00)
Aİ Azərbaycanın bölgələrində mikrosahibkarlığın inkişafını dəstəkləyir (FOTO)

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Azərbaycanın bölgələrində mikrosahibkarlığın inkişafını dəstəkləyir.

Trend-in məlumatına görə, Aİ-nin Azərbaycandakı nümayəndəliyi "Azərbaycanın bölgələrində dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi" layihəsinin reallaşdırılması üçün 464 805 avro vəsait ayırıb.

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib ki, layihə Gəncə-Qazax, Quba-Xaçmaz, Şəki-Zaqatala və Kür-Araz (Aran) iqtisadi zonalarında yeni iş yerlərinin yaradılması, sahibkarlıq bacarıqlarının artırılmasının dəstəklənməsinə yönəlib:

"Bölgələrdə bazar imkanlarının genişləndirilməsi, mikrosahibkarların bilik və bacarıqlarının artırılması, onların biznes imkanlarının genişləndirilməsi və maliyyə dəstəyi bizim bu istiqamətdə əsas tapşırıqlarımızdır".

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti