...

Aİ Azərbaycanın bölgələrində aqrar turizm və aqrar biznes sahələrində layihələri maliyyələşdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyun 2021 15:00 (UTC +04:00)
Aİ Azərbaycanın bölgələrində aqrar turizm və aqrar biznes sahələrində layihələri maliyyələşdirir

Bakı. Sədrəddin Ağcayev - Trend:

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi aqrar biznesin və qida məhsulları istehsalının genişləndirilməsi, bölgələrdə aqrar turizmin inkişafı üzrə layihələri maliyyələşdirməkdə davam edir.

Trend-in məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

Onun sözlərinə görə, qeyd olunan layihələrin reallaşdırılması üçün Aİ 633 min avrodan çox vəsait ayırıb.

K.Yankauskas qeyd edib ki, bu layihələr yerli məhsulların istehsalı və satışının inkişafı, aqrar turizm potensialının istifadəsi məqsədilə kompleks kənd təsərrüfatı və məsləhət xidmətlərinin inkişafı üçün əsas amildir.

O qeyd edib ki, bu layihənin əsas nailiyyətlərindən biri kiçik və orta fermer təsərrüfatlarının, hədəf bölgələrdə kənd təsərrüfatı bazar şəbəkələrinin dəstəklənməsi üçün məsləhət xidmətlərinin inkişaf etdirilməsidir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti