...

“Ağıllı şəhər”, “ağıllı kənd” layihələrində çex şirkətləri ilə əməkdaşlıq edilə bilər (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Oktyabr 2021 10:57 (UTC +04:00)

Bakı. Trend:

“Ağıllı şəhər”, “ağıllı kənd” layihələrində çex şirkətləri ilə əməkdaşlıq edilə bilər.

Trend-in məlumatına görə, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarovun Çexiyanın xarici işlər naziri Yakub Kulhanekin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə bildirilib.

Görüşdə Azərbaycanın Çex Respublikası ilə əlaqələrə önəm verdiyi, ölkələrimiz arasında əməkdaşlığın inkişafında qarşılıqlı səfərlərin, aparılan müzakirələrin əhəmiyyəti vurğulanıb.

İqtisadi-ticarət tərəfdaşlığının gücləndirilməsi üçün potensialı diqqətə çatdıran Mikayıl Cabbarov Azərbaycan Respublikası Hökuməti ilə Çex Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın bu baxımdan faydalı platforma olduğunu, ticarət əlaqələrinin inkişafında “CzechTrade”in Bakı ofisinın uğurlu fəaliyyətini qeyd edib. Bildirilib ki, ölkələrimiz arasında ticarət, sənaye, nəqliyyat-tranzit və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar var. Bunlarla yanaşı, avtomobil sənayesi, “ağıllı şəhər”, “ağıllı kənd” layihələrində də çex şirkətləri ilə əməkdaşlıq edilə bilər.

Görüşdə yaradılmış əlverişli biznes və investisiya mühiti, işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri, Zəngəzur dəhlizi və Ələt Azad İqtisadi Zonası barədə məlumat verilib, çex şirkətləri azərbaycanlı həmkarları ilə fəal əməkdaşlığa dəvət olunub.

Çex Respublikasının xarici işlər naziri Yakub Kulhanek ölkələrimizin qarşılıqlı faydalı əməkdaşlığını, strateji tərəfdaş olduğunubildirib, əlaqələrin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

Görüşdə Hökumətlərarası Komissiyanın fəaliyyəti, ticarət əməkdaşlığının və investisiya layihələri üzrə tərəfdaşlığın inkişaf etdirilməsi barədə müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti