...

Yaponiya şirkəti Qarabağda kənd təsərrüfatı sahəsində işləməyə hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Oktyabr 2021 12:22 (UTC +04:00)

Bakı. Sədrəddin Ağcayev - Trend:

Yaponiyanın "TET International Development" şirkəti Qarabağda kənd təsərrüfatı sahəsində işləməyə hazırdır.

Trend-in məlumatına görə, bunu şirkətin prezidenti Taro Savada bazar ertəsi Bakıda keçirilən Yaponiya-Azərbaycan investisiya forumu zamanı deyib.

O bildirib ki, Qarabağın azad edilməsi ilə sahibkarlıq fəaliyyəti üçün yeni istiqamətlər meydana çıxıb: "Biz bu regiona maksimum sayda investisiya cəlb etməyə hazırıq".

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti