...

KOBİA Bakıda növbəti beynəlxalq biznes forum keçirəcək (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Noyabr 2021 11:26 (UTC +04:00)
KOBİA Bakıda növbəti beynəlxalq biznes forum keçirəcək (FOTO)

Bakı. Trend:

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) ilə imzalanan memorandumla bağlı Bakıda növbəti beynəlxalq biznes forum keçirəcək.

Trend-in məlumatına görə, bunu Agentliyin idarə heyətinin sədri Orxan Məmmədov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, forumun keçirilməsi Azərbaycanın azad edilmiş ərazilərinə investorların cəlb olunmasına xidmət edəcək.

"Forumda iş adamları arasında görüşlər keçiriləcək. Tədbirdə 30 ölkədən 500 iş adamı iştirak edəcək", - deyə O.Məmmədov bildirib.

O qeyd edib ki, bu forumun keçirilməsi həm də Azərbaycanın investisiya potensialının genişlənməsinə xidmət edəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti