...

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda maliyyələşdirdiyi layihələrin sayını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2023 13:18 (UTC +04:00)
Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda maliyyələşdirdiyi layihələrin sayını açıqlayıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2022-ci ildə Azərbaycanda doqquz layihəyə 86 milyon avro investisiya qoyub.

Trend-in məlumatına görə, bu barədə AYİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kamola Mahmudova "IT Hub Azerbaijan" layihəsinin açılışında deyib.

"İnvestisiyaların 71 faizi ölkədə "yaşıl" iqtisadiyyatın inkişafına, bərpa olunan enerji mənbələrinə, dayanıqlı infrastrukturun yaradılmasına, habelə telekommunikasiya, KİV və texnologiya sektoruna yönəlib", - o deyib.

Nümayəndəlik rəhbəri AYİB-in Azərbaycana bütünlükdə 3,656 milyard avrodan çox investisiya qoyduğunu vurğulayıb.

"IT Hub Azerbaijan" layihəsinin reallaşdırılmasına qoyulan investisiyalardan danışan Kamola Mahmudova AYİB-in 300 min dollar dəyərində texniki yardım göstərdiyini qeyd edib.

"IT Hub Azerbaijan" ölkənin İT sektoruna investisiyaların cəlb olunmasına kömək etməklə yanaşı, iş yerlərinin yaradılmasına, həmçinin, ümumi dayanıqlı və inklüziv iqtisadi artıma imkan yaradacaq" - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti