...

"Wildberries" Azərbaycan, Gürcüstan və Tacikistan bazarlarına çıxış imkanlarını nəzərdən keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Aprel 2023 11:14 (UTC +04:00)
"Wildberries" Azərbaycan, Gürcüstan və Tacikistan bazarlarına çıxış imkanlarını nəzərdən keçirir

Bakı. Trend:

"Wildberries" onlayn mağazası özü üçün yeni olan ölkələrin - Azərbaycan, Gürcüstan və Tacikistanın bazarlarına çıxış məsələsini nəzərdən keçirir.

Trend cümə günü xəbər verir ki, bu barədə jurnalistlərə onlayn mağazanın təsisçisi və baş direktoru Tatyana Bakalçuk deyib.

"Biz MDB-də genişlənməyi düşünürük, bəzi ölkələr bizimlə çalışdığımız ölkələrin arasında yerləşir. Məsələn, Azərbaycan, Tacikistan, həmçinin Gürcüstan kimi ölkələr haqqında düşünürük", - T.Bakalçuk deyib və bildirib ki, bu bazarlara çıxış vaxtı haqqında danışmaq üçün hələ tezdir.

Xəbər lenti

Xəbər lenti